Bugün Azərbaycanda ana və uşaq sağlamlığının qorunması sahəsində davamlı tədbirlər həyata keçirilir. Bu fəaliyyətlərə dövlətə yardımçı rol oynayan QHT da fəal iştirak edir. Belə ki. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq və keçirilən tədbirlərdə fəal iştirak edir.
2019-cu il yanvar ayının 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası, yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) və eyni zamanda “Yeni Təfəkkür” qazetinin müxbiri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixo-nevroloji Uşaq Mərkəzində tədbir təşkil edilmişdir.
İlk olaraq Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova və Kitabxananın oxucusu yazıçı-publisist, şairə, Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birgə layihəsi əsasında hazırlanmış “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitabı təqdim edib, kitabda olan hekayə və şeirlərlə tədbir iştirakçılarını tanış etdilər. Hər uşağa kitab hədiyyə edildi.
Tədbirdə iştirak edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova Mərkəzin işçi heyyətilə uşaq inkişafı, inkişaf çətinliklərinin erkən aşkarlanması, ölkədə inkişaf çətinliklərilə olan uşaqlara göstərilən xidmətlər barədə söhbət etdi. O, bir daha Mərkəzin işçi heyyətinə (pedaqoq, psixoloq, hevroloq, həkim pediatr, xadımələr) uşaqlara (Mərkəzdə inkişaf çətinliklərilə olan uşaqlar üstünlük təşkil edir) göstərilən qayğı, nəvazişli qulluq və peşəkar xidmətə görə təşəkkürünü bildirdi.
Tədbirə qatılan 158 saylı tam orta məktəbin şagirdləri Aminə və Lalə, 53 saylı məktəbin şagirdləri Həmid və Murad Mərkəzdə yaşayan, müalicə olunan uşaqlar üçün şeirlər,rəqslər, səhnəciklər təqdim etdilər. Uşaqlarla birgə xoş əhval-ruhiyyəli vaxt keçirildi.
Tədbirdə iştirka edən Psixo-nevroloji Uşaq Mərkəzinin baş həkimi Iradə Musayeva Mərkəzdə tədbirin təşkilatçılarına, uşaqları yada salıb baş çəkdiklərinə, təqdim edilən hədiyyələrə görə dərin minnətdarlığını bildirdi.
Sonda uşaq yazıçısı Gülzar İbrahimovanın kitabları və “Vətən və mən” CD diski də mərkəzə hədiyyə olundu.