AzQAC tərəfindən təşkil olunan azərbaycan dili kursun Əfqan, pakistan, İraq və digər ölkələrdə olan miqranlara (uşaq və böyüklərə) Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində sağlamlıqla bağlı maarifləndirici seminar, tədbirlər mütəmadi şəkildə həyata keçirilir. Belə ki, 2019 cu ilin fevral ayının 4-də “Sağlam həyat tərzi” adlı növbəti seminar keçirildi. Proqramın kordinatoru Mətanət Qaraxanova seminar iştirakçılarına Ümumdünya Səhiyyə Təşkilatının “Sağlamlıq” anlayışını açıqlayaraq, insanda həm fiziki və psixi sağlamlığın, sosial rifahın olması və insanların öz imkanlarını (potensialını) istifadə edərək, özünü idarə etmək qabiliyyətin olmasının vacibliyini vurğuladı. Seminar boyunca o, iştirakçıların fəal olması üçün, onlarla birgə sağlamlığa dair müxtəlif tapşırıqlar edərək, həvəsləndirdi. Seminarda AzQAC-in miqrasiya şöbəsinin əməkdaşı, miqrantlara azərbaycan dili öyrədən müəllim Sona Hacıyeva iştirak etmişdi.