27-31 Yanvar tarixlərində Cəmiyyətin vitse- prezidenti Qafar Əsgərzadə və İcraçı katib Ceyhun Mirzəyev İstanbulda təşkil edilmiş Qızıl Aypara Cəmiyyətlərinin növbəti şəbəkə görüşünə qatıldılar. Tədbirin açılış mərasiminə Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyip Ərdoğan qatılaraq giriş nitqi söyləmişdir. Beynəlxalq Federasiyanın Baş Katibi Elhac As-si və Beynəlxalq Qızıl Xaç Komitəsinin Vitse Prezidenti Gillas Karbonier nitq söyləyərək humanitar hərəkatın prinsiplərini qorumaqla hərəkatın güclənməsi istiqamətində bütün addımları dəstəklədiklərini söyləmişlər. Görüş zamanı silahlı münaqişələr və təbii fəlakətlər zamanı humanitar böhranların yaranması və həmin böhranların birgə aradan qaldırlması, koordinasiya metodları, Milli Cəmiyyətlərin qarşılıqlı yardımlaşma yolları geniş müzakirə edilmişdir.
Plenar iclasların gedişatında Qafar Əsgərzadə çıxış edərək İslam ölkələri Qızıl Aypara və Qızıl Xaç Cəmiyyətlərinin şəbəkə fəaliyyəti zamanı humanitar hərəkatın prinsiplərinin qorunmasının vacibliyi qeyd etdi. Qrup işləri zamanı Ceyhun Mirzəyev hesabatçı qismində qrup işlərinin nəticələrini işləyərək müvafiq komissiyaya təqdim etdi. Qrup müzakirələri zamanı Cəmiyyətin nümayəndələri qaçqın və məcburi köçkünlərlə çoxillik iş təcrübəsi olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bilik və təcrübələrini digər nümayəndələrlə bölüşmüşlər.