Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 35 nəfər daha ehtiyaclı ahıllara humanitar yardım verildi. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bölmə və humanitar yardım alan ehtiyaclı ahıllar adından xeyrixah insana minnətdarlığını bildirdi.Ahıllar da öz növbələrində onlara göstərilən bu diqqət üçün mərhəmətli insana öz xeyir-dualarını bildirdilər.Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə qurban payları bölmənin əməkdaşları və könüllü heyəti tərəfindən evlərində çatdırıldı.Bizdə öz növbəmizdə deyirik: Allah kəsdiyiniz qurbanı qəbul eləsin! Digər insanları da belə xeyirxah işlər görməyə səsləyirik!