Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, milli məclisin deputatı cənab Novruz Aslanovun göstərişinə əsasən 2019-cu il bütün rayon bölmələrinə könüllülərin sayının artırılmasını və könüllülərlə işin gücləndirilməsi barədə sədrlərə məlumat verildi.Rayon bölmələrinin AzQAC hərakatında və il ərzində keçirilən tədbirlərdə könüllülərin maksimum cəlb edilməsi tapşırığı verilmişdir.
Eyni zamanda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin öz beynəlxalq və yerli mandatlarına uyğun olaraq Təhsil Nazirliyinə aid olan bütün müəssilərdə fəaliyyət göstərən aztəminatlı müəllim və digər əməkdaşlar,həmçinin aztəminatlı ailələrin məktəblilələrə və tələbələrə ehtiyaclarına uyğun şəkildə imkanlar daxilində müvafiq yardımların verilməsinin həyata keçirilməsi tapşırığı verilmişdir.
Müşavirədə rayon bölmələrinə üzvlərin sayının artırılması,təşkilati məsələlərlə bağlı işlərin aparılması,sənədləşmələrin qaydaya salınmasını,yerli icra orqanları,digər hökümət və qeyri-hökümət təşkilatları ilə sıx əlaqəli iş mexanizminin qurulmasını təmin etmək tapşırılmışdır.
Rayon bölmələri ərazisində görülən işlərlə və keçirilən tədbirlə bağlı hazırlanmış materialların kütləvi-informasiya vasitələrində işıqlandırılmasını təmin etmələri bildirilmişdir.Bununla əlaqdar olaraq Baş İdarə ilə bu sahədə əlaqələrin gücləndirilməsi tapşırıldı.
Görüşdə həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Regional Mərkəz və Yerli Bölmələrlə iş şöbəsinin müdiri Ağayar Hüseynov və Regional Mərkəzə daxil olan rayon bölmə sədrləri iştirak etmişlər.