Qeyd etmək lazımdır ki, Kəlbəcər rayon bölməsinin ofisinin təmiri Azərbaycan Dəmir Yolları QSC-i tərəfindən təmənnasız həyata keçirilmişdir.Nərimanov rayon bölməsi isə təmiri öz daxili vəsaiti hesabına təmir olunmuşdur.Otaqlar geniş və işıqlı,həmçinin yeni ofis mebelləri və komputer avadanlıqları ilə təchiz edilmişdir.Bu da ona imkan verir ki, işçilərə yeni ofisdə fəaliyyət üçün əlverişli şərait yaradılmışdır.
Açılışda İcraçı katibin müavini Şaban Şayev, Regional Mərkəz və Yerli Bölmələrlə iş şöbəsinin müdiri Ağayar Hüseynov,Bakı Regional Mərkəz koordinator müavini Ofeliya Sadıxova iştirak etmişlər.