1 Mart Mülkü Müdafiə Günü münasibətlə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə FHN Sumqayıt Regional Mərkəzini illik tədbirlər planına əsasən Sumqayıt şəhər 4 saylı tam orta məktəbində nümunəvi 1 mart Mülkü Müdafiə Günü tədbiri keçirilmişdir. 4 saylı tam orta məktəbin hərbiləşdirilməmiş Mülkü Müdafiə Qüvvələri ilə FHN-nin Mülkü Müdafiə idarəsinin əməkdaşları,ictimai asaişin mühafizə xidməti, Sumqayıt Dövlət Yanğından Mühafizənin şəxsi heyəti,Sumqayıt Təcili Tibbi Yardım briqadası qarşılıqlı qəza, bərpa, ilkin tibb yardım digər təxirəsalınmaz işləri və Az.QAC Sumqayıt şəhər bölməsinin Mobil dəstəsi,birlikdə həyata keçirdilər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Səadət Məmmədova tədbir iştirakçılarını salamlamış və sözü Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədova vermişdir. O günün mahiyyəti barədə çıxış edərək, təlim iştirakçılarına uğurlar arzulamışdır. Daha sonra həyəcan siqnalı çalınmış, məktəbin müəllim və şagird kollektivləri təxliyə edilmiş, şərti yaralılara ilk yardım göstərilərək, təcili tibbi yardım maşınlarına təhvil verilmişdir.Tədbirin sonunda Mülkü Müdafiə İdarəsi Hazırlıq şöbəsinin rəisi Emil Əliyev təlimin gedişatı haqqında məlumat verərək, məktəbin Mülkü Müdafiə qərargahının və Az.QAC Sumqayıt şəhər bölməsinə və Təcili Tibbi Yardım əməkdaşlarına aktiv iştiraklarına görə təşəkkürünü bildirmişdir.
Mütəşəkkil keçən FHH praktiki təlim məşqindən sonra birgə xatirə şəkili çəkildi.