Azərbaycan Qızıl Aypara Cəmiyyəti hər il olduğu kimi bu il də “Novruz Bayramı” münasibətilə silsilə tədbirlərini həyata keçirməkdədir. Məqsəd ilin bu əziz günlərində Cəmiyyətin qeydiyatında olan tənha və kimsəsiz, aztəminatlı insanları sevindirmək , onlara bayram sovqatlarını çatdıraraq xoş əhval ruhiyyə bəxş etməkdir. Belə tədbirlərdən biri də 18 mart 2019-cu il tarixdə AzQAC-ın Milli Elmlər Akademiyası bölməsi tərəfindən həyata keçirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə ilk öncə Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun səmimi və xoş bayram təbriklərini tədbir iştirakçılarına çatdırdı.
Çıxışında qeyd etdi ki, Milli Cəmiyyət özünün 99 illik fəaliyyəti dövründə çox şərəfli bir yol keçmiş, bu günə qədər bu şərəfli missiyanı uğurla davam etdirməkdədir. O, həmçinin, AzQAC-ın AMEA bölməsinin son dövrlərdəki fəaliyyətinin təqdirəlayiq olduğunu xüsusilə vurğuladı.
Daha sonra çıxış edən AMEA-nın İşlər İdarəsinin rəis müavini Sərdar Əliyev AzQAC-ın xeyirxah bir missiyanın daşıyıcısı olduğunu, aztəminatlı insanların problemlərinin həllində daim yaxından tanış olduğunu vurğuladı.
Tədbirdə AzQAC-ın, eyni zamanda AMEA-nın digər məsul şəxsləri iştirak edirdilər. tədbirin sonunda AMEA-nın sosial dəstəyə ehtiyacı olan 100 nəfər əməkdaşına bayram sovqatı olaraq ərzaq yardımları paylanıldı.
Tədbirin sonunda AzQAC-ın AMEA bölməsinin sədri Ceyran xanım Nağıyeva bütün tədbir iştirakçılarını bir daha bayram münasibətilə təbrik etdi və bölməyə göstərdikləri hərtərəfli dəstəyə görə AzQAC-ın və AMEA-nın rəhbərliyinə öz təşəkkürünü bildirdi.