İsmayıllı rayonunun dağlıq ərazilərində yerləşən bəzi kəndlərdə içməli su problemi mövcuddur. Xüsusilə yay aylarında kənd sakinləri bu səbəbdən müəyyən çətinliklərlə üzləşirlər. Bu kimi problemlərin həlli Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində mərhələlərlə həll edilir. İsmayıllı rayonunun dağətəyi kəndi olan Sumağallı kənd sakinləri içməli su problemi ilə bağlı millət vəkili Novruz Aslanova müraciət etmişlər. Həmin kənddən 1,5-2 km. məsafədə yerləşən içməli su mənbəyinin (bulağın) olmasına baxmayaraq, sakinlər bu su mənbəyindən yararlanmaq imkanın məhdud olması baxımından əziyyət çəkirlərdi. Novruz Aslanovun təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və Avstrya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə İsmayıllı rayonunda bu və digər istiqamətlərdə bir-neçə sosial layihə həyata keçirilmişdir. Belə layihələrdən biri də Sumağallı kəndində içməli su anbarının tikintisi və su ilə təchizatı olmuşdur. Belə ki, kənddən 1.5 km məsafədəki bulaqdan boru vasitəsilə su kənddə inşa edilmiş 100 tonluq su anbarına çəkilmiş və martın 28-də millət vəkili Novruz Aslanovun, rayon rəhbərliyinin, kənd sakinlərinin iştirakı ilə su anbarının açılış mərasimi keçirilmişdir. Deputat çıxışında dövlətin hər zaman öz vətəndaşlarının yanında olduğunu, hər bir sahədə onlara qayşı göstərəcəyini və sosial layihələrin davamlığının təmin ediləcəyini vurğulamışdır. Sakinlər də öz növbəsində bu dəstəyə görə dövlət başçısına və bu işdə əməyi olan hər bir insana təşəkkürlərini bildirmişlər.