1553873414589146829_1000x669

Azərbaycanda 24 Mart Ümumdünya Vərəmlə Mübarizə Günü “Vərəmə son qoymaq Vaxtıdır…” şüarı altında qeyd edildi

24 Mart Ümumdünya Vərəmlə mübarizə günüdür. Vərəm dünyada ən çox insan ölümünə səbəb olan yoluxucu xəstəlikdir. Hər il dünyada 10 milyon insan vərəmlə xəstələnir və 1.7 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. Dərmanlara davamlı (DD) vərəm formaları ildən-ilə artmaqda davam edir.

Vərəm əleyhinə QHT Koalisiyası hüquqi bərabərlik və könüllülük prinsiplərinə əsasında yaradılmış və əsas missiyası ölkədə vərəmə tamamilə son qoymaq və bu istiqamətdə lazımi cəhdləri sonadək davam etdirməkdir.

Bu gün 24 mart 2019-cu il tarixində Koalisiya üzvləri, səhiyyə sahəsində fəaliyyət göstərən aktivist QHT-lər, könüllülər və jurnalistlər Fəvvarələr meydanında “Vərəmə son qoymağın Vaxtıdır” adlı maarifləndirici aksiya keçirdilər. Aksiyanın əsas məqsədi insanları vərəm xəstəliyi barədə məlumatlandırmaq idi. Aksiya nəticəsində 200-ə yaxın insan maariflənmiş və vərəm haqqında maarifləndirici materiallar əldə etmişdir.

Daha sonra üzvlər hər biri ayrı-ayrılıqda kamera qarşısına keçərək müsahibə vermiş, günün əhəmiyyətini medya vasitəsilə insanlara çatdırmağa çalışmışlar.

Koalisiya üzvləri əlamətdar gün münasibəti ilə öz fəaliyyətlərinə fevral ayından start verərək, ilkin olaraq, Azərbaycan Pedaqoji Universitetində vərəm haqqında maarifləndirmə tədbiri keçirmiş, daha sonra Mart ayının 14-də Koalisiya üzvləri Milli Məclisdə “Ümumdünya vərəmlə mübarizə günü”nə həsr olunmuş İctimai dinləmədə iştirak etmiş və vərəm xidmətləri sahəsində mövcud olan bir sıra çətinlik və ehtiyacları Millət vəkillərinin diqqətinə çatdırmışlar.

Mart ayının 15-də Ramana qəsəbəsində yerləşən Qubadlı rayon məcburi köçkün məktəbində şagird və müəllim heyəti üçün məlumatlandırıcı seminar təşkil etmişdir.

Ümumdünya TB Günün qeyd olunması ilə bağlı digər tədbir Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) və ABŞ-ın Milli Tibb Kitabxanası tərəfindən 22 mart tarixində təşkil edilmiş video konfrans idi. Azərbaycan, Belarus, Gürcüstan, Qırğızıstan və Rusiyanın MC-nin iştirakı ilə olunan video yayımda sağlamlıq müəssisələrindən olan yerli ekspertlər, akademiya, TB icma nümayəndələrinin vasitəsilə bu günə qədər vərəm sahəsində görülən işlər, şərgi-avropa və mərkəzi asiya regionu üzrə vərəmə nəzarət üzrə mövcud dəyişikliklər, hər tərəfin rolu, elmi yanaşmalar və yeniliklər müzakirə olundu. Tədbirin texniki dəstəyi Dünya Bankının Rusiyadakı nümayəndəliyi.

Beləliklə, Azərbaycanda Vərəm sahəsində görülən işlər barədə və statistik məlumatlar Ağ ciyər xəstəlikləri Elmi-Tədqiqat İnstitutun direktor müavini, Azərbaycan Ftiziatr və Pulmonoloqlar Assosiasiyası İB üzvü  İradə Axundova çıxış etdi. Azərbaycan Vərəm QHT Koalisiyanın fəaliyyətləri çərçivəsində   Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rolu “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova  tərəfindən xüsusi vurğulanmışdı. Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyaının sədr müavini Pərvanə Vəliyeva  Koalisiyanın iş birliyi nəticəsində əldə edilmiş uğurlu nəticələr barədə çıxış etmişdir. Aərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən və BQX/QAC Federasiyasının ölkədə təmsilçisi olaraq görüşün təşkilatçısı AzQAC İcraçı katibin müavini Səbinə Məhbubi-İran adı çəkilən görüşdə iştirak etmişdir.

 

29 mart tarixində Park İnn hotelində ÖƏK Katibliyinin dəstəyi ilə Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyası 24 Mart Vərəmlə Mübarizə gününə həsr olunmuş digər bir tədbir –konfrans təşkil olunmuşdu.

Konfransda qarşısı alına bilən və müalicə oluna bilən Vərəm xəstəliyi ən ölümcül yoluxucu xəstəlik sayıldığından ölkəmizdə Vərəmlə mübarizə sahəsində dövlət (Səhiyyə və Ədliyyə Nazirlikləri) və vətəndaş cəmiyyəti tərəfindən görülmüş son işlər barədə məlumatlar təqdim edildi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin müavini Səbinə Məhbubi-İran  Cəmiyyətin və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiya tərəfindən həyata keçirilən layihələr və əldə olunan uğurlar, aparılan mübarizə tədbirləri barədə çıxış etmişdi.

Sonda Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyası tərəfindən hazırlanan vərəmlə mübarizə aparmaq üçün təkliflər səsləndirildi. DSC_0008 DSC_0011 DSC_0222 P1110410

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.