Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və İran Qızıl Aypara Klinikasının iştirakı ilə Cocuqmərcanlıda humanitar aksiya keçirildi. Aksiyada AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Milli Məclisin deputatları Sabir Hacıyev və Rauf Əliyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısının müavini Tapdıq Nəsirov və digər məsul şəxlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Novruz Aslanov Cocuqmərcanlıda aparılan abadlıq quruculuq işlərindən danışdı. Azərbaycan Respublikası Prezidentinin sakinlərə diqqət və qayğısından söhbət açdı. Natiq, həmçinin, AzQAC-ının əməkdaşlarının və mobil könüllü dəstələrinin Cocouqmərcanlıda keçirdikləri humanitar aksiyanın sakinlər üçün əhəmiyyətindən geniş bəhs etdi. Daha sonra məktəb şagirdləri qonaqlar üçün vətənpərvərlik mövzusunda şerlərlə çıxış etdilər.
Daha sonra qonaqlar Cocuqmərcanlı kənd məktəbini, uşaq bağçasını, məscidi və sakinlərin istirahəti üçün nəzərdə tutulan istirahət parkını gəzdilər. Qonaqlar müayinə üçün qurulan çadırlarla da tanış oldular.
Aksiya çərçivəsində AzQAC tərəfindən sakinlər üçün ilk yardım və fövqəladə hallar zamanı çadırların qurulması üzrə təlimlər keçirildi və sonda onlara çadırlar( 120 nəfərlik 90kv.m. 70 nəfərlik 63kv.m.) hədiyyə olundu. İlk yardım təlimləri zamanı sakinlərə zərərçəkmiş inslara yardımetmə vərdiçləri aşılandı. Cocuqmərcanlı kəndinin 130 sakini İran Qızıl Aypara Klinikasının həkim briqadası tərəfindən pulsuz müayinə edildi.
Sonda kollektivlə xatirə şəkli çəkdirildi.