Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Sumqayıt şəhər İcra hakimiyyətinin birgə təşkilatcılığı ilə Cəmiyyətin 100 illiyi və Sumqayıt şəhərinin 70 illik yubileyləri ərəfəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,milli məclisin deputatı cənab Novruz Aslanovun Sumqayıt gəncləri və könüllüləri ilə görüşü kecilmişdi. Görüş Heydər Əliyev Mərkəzində baş tutdu. Qonaqlar və könüllülər Ümummilli liderin abidəsi önünə tər cicəklər qoyaraq,dahi şəxsiyyətə hörmət və ehtiramını bildirdilər.Qonaqlar Heydər Əliyev muzeyi ilə tanış oldular.Tədbir Mərkəzin akt zalında şəhərin ayrı-ayrı təşkilatlarının,təhsil və səhiyyə müəssisələrinin gənclərinin və ayparacı könüllülərin iştirakı ilə davam etdirildi.Sumqayıt şəhər İcra hakimiyyəti başcısının birinci müavini Teymur Səmədov ilk öncə qonaqları salamlamış, tədbirin mahiyyəti barədə məlumat vermişdi.Bölmənin fəaliyyəti barədə cıxış etmək ücün söz Sumqayıt şəhər bölməsinin aktiv könüllüsü Nicat Hüseynova verilmişdi. O,əvvəlcədən hazırlanmış slayd əsasında bölmənin fəaliyyəti haqda məlumat verdi.Çıxış ücün söz AzQAC prezidenti,millət vəkili cənab Novruz Aslanova verildi.Natiq 100 illik yubileyi ərəfəsində olan Milli Cəmiyyətin qısa tarixi, fəaliyyəti,Respublika prezidenti İlham Əliyev cənablarının cəmiyyətə diqqət və qaygısından danışmışdı.O az zaman kəsiyində Sumqayıt şəhərində aparılan quruculuq işlərinə də toxunmuşdu.Söz alan bölmə sədri Mətanət Məhərrəmova sadalanan işlərin görülməsində daima bölməyə,onun gənc könüllülərinə diqqət və qaygı göstərən şəhər rəhbəri cənab Zakir Fərəcova öz minnətdarlığını bildirdi.Tədbir Novruz Aslanovun bəstələdiyi Aypara himni ilə başa catdı.