Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması” Dövlət Proqramının icrası dövlət və QHT-lərin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu fəaliyyətlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlətə yardımçı rolu göstərərək “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində təhsil müəssisələrində tələbələr arasında geniş səhiyyə maarifi işini aparır.
Belə ki, may ayının 23-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Dövlət Pedaqoji Universitetində sahə bölməsi tərəfindən məktəbəqədər fakültəsinin tələbələri üçün “Uşaq sağlamlığı, inkişafının qorunması” mövzusunda seminar təşkil olunmuşdur.
Seminar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən aparıldı. Seminarda 35 nəfər tələbə və müəllim heyyəti iştirak etmişlər. Seminar iştirakçılarına uşaq inkişafı, onun bioekoloji nəzəriyyəsi, inkişafa təsir edən risk amillər və ailələrdə, cəmiyyətdə olan qoruyucu amillər barədə geniş məlumatlar təqdim edilmişdir. Sonda tələbələrin onları maraqlandıran sualları 7çavablandırılmışdır.