Hər il olduğu kimi, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində, ənənəvi olaraq, dünyada qeyd edilən “14 İyun Ümumdünya Qan Donor Günü”nə silsilə tədbirləri təşkil edir. Belə ki, AzQAC əməkdaşlıq çərçivəsində həkim pediatrların qan donorluğu haqqında maariflənməsinə dair seminarın, Binəqədi rayonu İcra Hakimiyyəti və Gənclər Mərkəzinin təşkilatçılığı ilə qanvermə aksiyanın təşkilini qeyd etmək olar. Aksiyada AzQAC-in və Binəqədi Gənclər Mərkəzinin işçi heyyəti və rayon içtimayyəti, iştirak edib, qan vermişlər.
Bununla yanaşı 13 iyun 2019-cu il tarixdə Mingəçevir şəhərində təşkil olunan 14 iyun Ümumdünya Qan Donoru Gününə həsr edilən azərbaycan Qan Donorlarının III Regional Forumunda AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova, Mingəçevir Regional Mərkəzi, Mingəçevir şəhər bölməsi, Yevlax rayon bölməsinin sədr və könüllüləri iştirak etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi donorluğun təşviq olunmasıdır. AzQAC bu tədbirin təşkilinə cəlb olunmamasına baxmayaraq, tədbirdə Səhiyyə Nazirliyi tərəfindən edilən çıxışlarda Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyanın dünyada, AzQAC-in isə Azərbaycanda qan donorluğu sahəsində həyata keçirilən fəaliyyətlərə yüksək qiymət verildi, əhəmiyyətli rolu vurğulandı. Bu da Forum boyu nümayiş edilən video materiallarda öz əksini tapmışdı.