17-22 iyun tarixlərində İtaliyanın şimalında 10000 çox Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin gənc liderləri və 140-dan çox ölkələrin nümayəndələrinin iştirakı ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) 100 illik yubileyini qeyd etmək üçün “4-cü Beynəlxalq Solferino Gənclər Yığıncağı” baş tutmuşdur.
Bir həftə davam edən “4-cü Beynəlxalq Solferino Gənclər Yığıncağı”da, yüzlərlə gənc Qızıl Xaç və Qızıl Aypara iderləri üçün bir sıra seminarlar və görüşlər təşkil olunmuşdur. Seminarların əsas mövzuları iqlim dəyişikliyi kimi dünyanın ən həssas və uzun müddətli böhranlarına və humanitar problemlərinə yönəldilmişdir. Onlar həmçinin gələcək onillikdə təşkilatın işinə rəhbərlik edəcək Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yeni 2030 Strategiyası baradə öz fikir və şərhlərini bildirdilər.
Həftənin son günü illik “Fiaccolata” ilə – Solferino və Castiglione delle Stiviere arasında minlərlə könüllünün iştirakı ilə şam işıqlı yürüş ilə yekunlaşdı. Solferino, 1859-cu ildə İsveçrəli iş adamı Henri Dunantın, Fransız və Sardinya orduları arasında qanlı döyüşə şahid olduğu şəhərdir. Dunant əsgərlərin yaralarını müalicə etmək, onlara yemək və rahatlamaq üçün yerli insanları toplamış və onun bu ideyası Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaradılmasına gətirib çıxardı.
“4-cü Beynəlxalq Solferino Gənclər Yığıncağı”-da Azərbaycan Qızıl Aypara Cəmiyyətini Fövqəladə Mobil Könüllü Dəstələrin koordinatoru Nigar Rüstəmzadə təmsil etdi.