P1110725

AzQAC-in Tərtər Rayon Bölməsinin könüllüləri ilə sağlamlıqla bağlı görüş keçirildi

Hər ay Beynəlxalq Qızıl Xaç Komitəsi nümayyəndələrinin iştirakı ilə sərhədyanı rayonlarda fəaliyyət göstərən AzQAC-in Rayon Bölmələrinin könüllülərinin fəaliyyətinə dair  iclas keçirilir. Belə ki, 18 iyul tarixindəTərtər Rayon Bölməsində keçirilən növbəti  iclasa AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru M.Qaraxanova qatılaraq,  işçi və könüllüləri ilə icmaya əsaslanan sağlamlığa dair  geniş məlumatlar təqdim etmişdir.  O, könüllülərə AzQAC-n icmaya əsaslanan səhiyyə sahəsində aparılan fəaliyyətləri barədə  də məlumatları çatdırmışdı. Bu fəaliyyətlərin Azərbaycan Respublikası Səhiyyə Nazirliyilə birgə imzalanan əməkdaşlıq memoranduua  əsasında həyata keçirilməsini xüsusi vurğulamışdı.  Könüllülərə “Sağlam həyat tərzi”-ə aid olan  HİV/AİDS, zərərli vərdişlər, tütünçəkmə, alkoqollu içkilərin qəbulu, narkomaniya, vərəm mövzularla bağlı yeni məlumatlar təqdim edilmişdi.  Görüşün sonunda gələcəkdə Tərtər Rayon  Bölməsinin könüllüləri  adıçəkilən mövzularla bağlı  məktəblərdə və rayon əhalisi arasında  təbliğatyönümlü tədbirlərin  daha geniş şəkildə həyata keçirilməsi barədə təklifləri irəli sürmüşlər.P1110704 P1110728 P1110730

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.