WhatsApp Image 2019-08-07 at 19.25.54

Ümumdünya ana südü həftəsi ilə bağlı görüş keçirildi

Ümumdünya Səhiyyə Təşkilatı  tərəfindən 1-7 avqust  ana südü həftəsi  qeyd edilir. Bu həftə ərzində ana südü ilə bağlı maarifləndirici görüş və seminarlar, ana südü ilə qidalanmaya dəstək verici kompaniyalar təşkil olunması  tövsiyyə olunur.

AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində ana və uşaqların sağlamlıqlarının qorunmasına dair geniş təbliğatyönümlü tədbirlərini Cəmiyyətin yerli bölmələrinin vasitəsilə həyata keçirir. Belə ki, 6 avqust tarixində  “Ana südü ilə qidalanma” mövzusu ilə bağlı Abşeron rayonunda Masazır qəsəbəsində yerləşən Sosial Məzun evlərdə məskunlaşmış qadınlarla görüş keçirildi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru  Mətanət Qaraxanova Ümumdünya ana südü həftəsi ilə əlaqədar qadınlar arasında maarifləndirici söhbətlər apararaq, ana südü ilə qidalandırmanın vacibliyi barəsində ətraflı məlumat verdi.  Bununla yanaşı o ana südü ilə qidalanmanın nə inki uşağın fiziki inkişafı, eləcə də psixo-emosional inkişafında vacib və mütlək əhəmiyyətli  şərtlərdən olduğunu vurğulamışdı. İnkişaf çətinliklərin əmələ gəlməsində ana südü ilə qidalanmanı  xüsusi vurğulamışdı. Sonda qadınlar uşaqların sağlamlıqları barədə narahat edən sualları vermişlər.  Bununla yanaşı onlar yaşadığı ərazidə uşaq baxçasının olmaması məsələsinə  dair narahat olduqlarını səsləndirmiş və bu məsələdə onlara dəstəyin olması istəklərini bildirmişlər.WhatsApp Image 2019-08-07 at 19.25.38

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.