Qızıl Aypara Cəmiyyəti 21.08.2019-cu il tarixində Gənclər evinin təşəbbüsü ilə ” İlk Yardım” təlimini keçirdi. Təlim Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təlimatçısı Lalə Cəlilzadə və Fövqəladə Mobil Könüllü Dəstənin üzvləri Jalə Nəzərova və Nicat Hüseynov tərəfindən keçirildi. Təlimdə iştirakçılara,huşsuz nəfəs alan və bərpa vəziyyəti,tənəffüs yollarının tutulması,qanaxma,sınıqlar,yaralar və yanıqlar mövzusu ətrafında geniş məlumat verılmiş və praktiki olaraq göstərilmişdi.Sonda gəncləri maraqlandıran suallar cavablandırılmış və maarifləndirici bukletlər paylanılmışdı.