Yeni tədris ili münasibətilə AzQAC Suraxanı RB-nin qeydiyyatında olan aztəminatlı ailələrin uşaqları ilə, valideyinini itirmiş yetim uşaqlarla, əlil uşaqlarla görüş keçirdib. Az QAC Suraxanı RB sədri T. Hüseynova çıxış edərək görüşdə iştirak edən ailələrin məktəbə yeni qədəm qoyacaq fidan körpələrinin yeni dərs ili münasibətilə təbrik edib, onlara yeni dərs ilində uğurlar, dərslərində müvəffəqiyyətlər, vətənə layiq, sədaqətli övlad kimi böyüməsini arzu edib. Valideynlər də çıxış edərək onlara göstərilən qayğıya görə AzQAC suraxanı rayon bölməsinin əməkdaşlarına öz minnətdarlığlarını bildiriblər.