Hər il oldugu kimi bu il də Ümumdünya ilk Yardım günü silsilə tədbirləri ilə bölməmizin tarixinə düşdü.Bu gün məhz İlk yardım günü fərqli məkanda,Azərbaycan Dəmiryol QSC-nin Sumqayıt və Gəncə bələdçiləri ilə AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşları və Fövqaladə Mobil Könüllü dəstəmizin üzvləri görüş kecirmişdilər. Tədbirdə Az.QAC-nin icracı katibin müavini,Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi İran,Beynəlxalq Qızıl Xac Komitəsinin məsul işcisi Lyudmila Şepelyova,Az.QAC-n FKMD koordinatoru Nigar Rüstəmzadə də iştirak edirdi.Tədbiri giriş sözü ilə bölmənin sədri Mətanət Məhərrəmova acaraq dinləyiciləri və qonaqları salamlamış,onlara günün vacibliyi haqda məlumat vermişdi.Sonra FKMD üzvləri qatar bələdcilərinə ilk yardım haqqında məlumat vermiş,praktiki göstərişləri həyata kecirmişlər.Praktiki məşğələlərdə bələdçilər də fəal iştirak etdilər.