70415479_1065789253629432_2748058434057273344_o

Məcburi köçkünlər İlk Yardım təliminə cəlb olunublar

Sentyabrın 11-12-də Tərtər rayonunun Şıxarx qəsəbəsində ilk yardım üzrə bilik və bacarıqların yayılması məqsədilə iki günlük təlimlər keçirilib. Təlimlər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə təşkil edilib.
Maarifçilik xarakteri daşıyan və ilk yardım üzrə sertifikatlaşdırılmış təlimatçıların ehtiyat dəstəsinin yaradılmasını nəzərdə tutan tədbir Ümumdünya İlk Tibbi Yardım Gününə həsr olunub. Belə ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının üzvü olan Milli Cəmiyyətlərin təşəbbüsü ilə 2000-ci ildən başlayaraq hər il sentyabr ayının ikinci şənbə günü Ümumdünya İlk Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd edilir.

Təlimlərə məcburi köçkün icmalarının orta məktəb müəllimləri və şagirdləri, səhiyyə işçiləri, ərazi icra hakimiyyətinin nümayəndələri, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları cəlb olunublar. Təlimləri AzQAC-ın Fövqəladə Mobil Könüllü dəstələtinin üzvləri aparıblar. Təlim proqramına nəzəri məsələlər, praktiki nümayiş və məşğələlər daxild idi.70027024_1065789070296117_8729832946824904704_o 70174936_1065789136962777_4248676263037763584_n 70248957_1065789113629446_2274620714390650880_o603A1167

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.