YAP Sumqayıt şəhər təşkilatı Azərbaycanda “Plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində və 21 sentyabr “Dünya Təmizlik günü münasibətilə “Parkımızı təmiz saxlayaq” devizi altında ekoloji aksiya keçirdib. Aksiyada YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər Təhsil şöbəsinin əməkdaşı Cəmillə Fəyyaz və “Gənc müəllimlər” şurasının bir qrup üzvləri, Nəsimi adına mədəniyyət və istirahət parkının əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova və könüllüləri, Sumqayıt Gənclər Klubunun üzvləri və YAP Gənclər Birliyinin bir qrup fəalları iştirak etmişdir. Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, plastik və digər gec çürüyən materialları təbiətə atmamaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir. Sonda aksiya iştirakçıları ilə birgə çay süfrəsi arxasında fikir mübadiləsi aparılmışdır. Bölməmiz adından bu aksiyada iştirak edən könüllülərimizə minnətdarlığımizi bildiririk.