Hər zaman olduğu kimi RB-nin qeydiyyatında olan insanların qayğısına qalan Suraxanı RB ahıl insanları da unutmadı. 01 oktyabr “Ahıllar Günü” münasibətilə 70 nəfər ahıl insanlarla görüşüb. AzQAC Suraxanı RB Sədri Turan Hüseynova onların gündəlik qayğıları ilə maraqlanaraq problemlərin həllində imkan daxilində onlara yardım edəcəyini bildirib. “Ahıllar Günü” münasibətilə təbrik edərək onlara uzun ömür, can sağlığı arzuladı. Görüş iştirakçılarına onlara göstərilən qayğıya, mənəvi dayağa görə, Turan xanıma və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə öz minnətdarlığını bildiriblər. Sonda ahıllara ərzaq bağlamaları paylanıb.