24 oktyabr 2019-cu il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti cənab Peter Maurer Azərbaycana işgüzar səfərdədir. Səfərin məqsədi NAM(Qoşulmama hərəkatına üzv ölkələrinin toplantısı) görüşlərində iştirak etməkdən ibarət idi. Səfər zamanı cənab Peter Maurer Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov ilə görüş keçirmişdir. Görüşdə hər iki prezident Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında qurulmuş səmərəli əməkdaşlıq, mövcud olan pozitiv vəziyyətdən məmnun oluduqlarını bildirdilər. Eyni zamanda yaxın qələcəkdə atılacaq addımlar barəsində ətraflı müzakirələr aparıldı. Prezidentlər qeyd etdilər ki, BQXK və AzQAC arasında olan münasibətlər nümunəvi xarakter daşıyır və bu münasibətlər beynəlxalq səviyyədə qəbul olunmuş prosedur və razılaşmaların bariz nümunəsidir.