foto (9)

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bilik yarışı keçirildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 23 oktyabr 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində şəhər gəncləri arasında interaktiv formatda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirildi. Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirakçı komandaları salamlamış, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır. Bildirildi ki, yarışın məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini və dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq və asudə vaxtlarının səmərəli təşkil etməkdir. Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 14-29 yaş arası gənclərdən ibarət komandalar öz bilik və bacarıqlarını sınayıb. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin “Aypara”, II yerə “Asan Xidmət” mərkəzinin “Mübariz”, III yerə isə Gənclər Evinin “Gənclik” komandası layiq görülmüşdür. Qaliblərə Baş İdarənin medal və fəxri fərmanları təqdim edilib. Yarışmaya qoşularaq bölməmizi təmsil edən komandamıza təşəkkürlərimizi bildiririk.

foto (1) foto (9) foto (11) foto (13) foto (14) foto (15)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.