23-25 oktyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2019-cu il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində Göyçay rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər və Göyçay rayon bölməsinin könüllüləridə iştirak etmışlər.