31 avqust-1 sentyabr 2015-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir sıra rayon bölmələrinin əməkdaşları üçün “Fövqaladə hallar zamanı Axtarış” mövzusunda 2 günlük seminar keçirildi.
Seminarı İdarə rəisi,Vitse-prezident Əziz Qocayev açaraq tədbir iştirakçılarını salamladı. Daha sonra axtarışla bağlı bütün sorğuların düzgün tərtib edilməsi və “Axtarış xidməti” şöbəsinə vaxtında çatdırılmasını bildirmişdir.Regional mərkəz koordinatorları,rayon bölmə sədrləri və könüllülərin nəzərinə həmçinin “Axtarış xidməti” şöbəsi ilə əlaqələrin sıx qurulması tövsiyyə edilmişdir.
Seminarda həmçinin İcraçı Katib Bayram Vəliyev,BQXK-nin itkin düşmüş şəxslər üzrə nümayəndəsi Burduli Zurab və həmçinin Az.QAC-nin və BQXK arasında əməkdaşlıq üzrə koordinator Allazov Rasim iştirak etmişlər.
Seminar iştirakçıları Zuraba “Axtarış Xidmətinin FH zamanı və sonrakı tədbirləri” mövzusunda 1 saat ərzində apardığı təqdimata görə öz dərin minnətdarlığını bildirdilər.