02 Sentyabr 2015-ci il tarixdə saat 20 radələrində Əlibəyli kənd sakini 1951-ci ildə Əlibəyli kəndində anadan olmuş, orta təhsilli, evil, təqaüdçü Kazımov Tofiq Mikayıl oğlu atəşkəsin pozulmağə nəticəsində öz evində xəsarət almışdır. Təcili olaraq Tovuz şəhər Mərkəzi xəstəxanasına çatdırılmış və əməliyyat olunmuşdır. AzQAC-in cəmiyyətinin Tovuz şəhər bölməsinin əməkdaşları operativ şəkildə zərər çəkmiş şəxsə baş çəkmiş və maddi yardım edilmişdir.
Həmin gecə atəşkəsin pozulmağı nəticəsində daha bir Əlibəyli kənd sakini Ağacanov Mail Əhməd oğluna məxsus 2 mərtəbəli ev əşyalarıyla birliqdə tamamiylə yanmışdır. AzQAC Tovuz şəhər əməkdaşları könüllüləriylə birliqdə zərər çəkmiş şəxsə baş çəkmiş və ona maddi yardım etmişdir.