IMG-20191125-WA0028

Miqrantlara Azərbaycan dili kursu müvəffəqiyyətlə davam edir

 

    Respublikamizda miqrasiya sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi ilə ölkənin beynəlxalq aləmdə tanınmasına və inkişafına öz töhfələrini verən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də yarandığı ildən bəri ənənəvi qaydada, xüsusilə də, qaçqın və məcburi köçkünlərə humanitar yardımlar edir. Son illərdə Azərbaycanda daimi və ya müvəqqəti sığınacaq tapmış əcnəbi qaçqın və miqrantlara humanitar yardımlar edir (ərzaq bağlamaları), ilk yardım təlimləri, sağlam həyat tərzi üzrə maarifləndirmə sessiyaları, gənclər və qadınlarla tədbirlər, gəzintilər, tarixi yerlərə ekskursiyalar və s. təşkil edir.

Miqrantlara sosial inteqrasiyaya dəstək kimi, artıq 7-ci ildir ki, əcnəbi miqrantlara təmənnasız Azərbaycan dili kursunu təşkil etmişdir. Kursa hər tədris ili ərzində xeyli sayda müdavim daxil olmuş və ilin sonunda 45 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir.

AzQAC Miqrasiya şöbəsi sorğu vərəqələrinin nəticələrinə müvafiq olaraq bu il də öz layihəsinin davamı kimi oktyabr ayının 1-də müqrantlar üçün Qaçqın Qadın və Gənclr Mərkəzində təmənnasız Azərbaycan dili kursunun 7-ci tədris ilinə başlamış və hazırda həftədə 4 gün olmaqla dərslər çox mütəşəkkil və yüksək həvəslə davam etdirilir. Müəllimə Sona Hacıyeva dərslərin daha da maraqlı və səmərəli olması üçün əlindən gələni edir, müxtəlif əyani vəsaitlərdən, təlim üsullarından istifadə edir, danışıq dilinə daha tez yiyələnmək üçün onları həftəsonu gəzintilərə, tədbirlərə dəvət edir,onların evlərinə gedir,yaşam problemləri ilə maraqlanır.

Məktəb yaşlı uşaqlarla məktəbə hazırlıq və məktəb kursuna müvafiq materiallardan istifadə edilir, tez-tez testlər vasitəsilə bilik səviyyələri yoxlanır, paralel olaraq Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatından da məlumat verilir. Ötən dərs ili üçün orta məktəblərə qəbul prosesinin nəticələrindən  valideynlər, kursun müəllimi və mərkəzin rəhbəri və təhsil məsələləri üzrə koordinatoru, xeyirxah işlərlə məşğul olan Rəna xanım birlikdə işgüzar görüş keçirildi. İmkansız, çoxuşaqlı əfqan ailələrinə diqqət və qayğı məsələləri ön planda müzakirə edildi. Mərkəzin rəhbəri və koordinator ötən kurslardan çox razı qaldığı, onun miqrantların cəmiyyətə inteqrasiyasında böyük  rol oynadığı, sosial həyatlarında yardımçı olduğundan danışaraq AzQAC rəhbərliyinə, müəllimə Sona Hacıyevaya təşəkkürünü bildirdilər və söylədilər ki, onlar AzQAC-la bu əməkdaşlıqdan çox razı qalıblar, dərsin səviyyəsi həm təhsil işçiləri, həm valideynlərin, həm də müdavimlərin ürəyincə olub. Belə ki, çox sayda məktəbyaşlı miqrant Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müvafiq siniflərinə qəbul olunublar. İndi dərslər çox mütəşəkkil qaydada davam edir, dərslər 2 qrupda aparılır və müntəzəm olaraq 65-75 nəfər miqrant dərslərdə iştirak edir. Miqrant valideynlər və miqrant uşaqlar çox həvəslə və maraqla Azərbaycan dilini öyrənirlər.IMG-20191125-WA0030 IMG-20191125-WA0029

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.