P1110787

1 Dekabr – AİDS-lə Mübarizə Günüdür

Həl il dünyada 1 Dekabr Ümumdünya AİDS-lə Mübarizə Günü qeyd edilir. Bu il “İcmalarda dəyişikliyi edək” şüarı altında keçirilən sil-silə tədbirləri, bir daha hər bir insanın sağlam olmaq üçün müayinədən keçmək, İİV yoluxmanı erkən aşkarlamaq, vaxtında müalicə proqramına qatılmaq kimi məsələlərə  diqqəti cəlb etmək məqsədini daşıyır.

BMT-n verdiyi məlumatlara görə,  AİDS epidemiyasının başlanmasından bu günədək bir çox ölkələrdə  İİV-ə yoluxan və AİDS-lə yaşayan insanların yaşamaq, sağlam olmaq haqqlarının müdafiəsi və mübarizəsi sahəsində həyata keçirilən fəaliyyətlərin  nəticəsidir ki, AİDS-lə mübarizəyə yönnəldilən xidmətlər genişlənərək,  təşkil olunur  və  xəstələr  üçün  bu xidmətlərin əlçatanlığı təmin edilmişdir..  2018-ci ilin sonunda HİV-lə yaşayan 37,9 milyon insandan 79% -i müayinə olunmuş,  62% -i müalicə proqramlarına cəlb edilmiş,  53% -nda  isə başqalarını yoluxma riskini azaltmışdı.  Ancaq, bu infeksiyanın artması hələdə davam etməkdədir.

Bunun üçün AİDS-lə mübarizəyə yönnəldilən fəaliyyətlər güclənməli və geniş fürsət alaraq, davam etməlidir. Hər bir kəs xəstəlikdən qorunma yolları barədə məlumatlanmalı, sağlam həyat tərziyə riayət etməlidir.

Azərbaycanda hər il 1 Dekabr Ümumdünya AİDS-lə Mübarizə Gününə həsr edilən geniş tədbirlər Səhiyyə Nazirliyi AİDS-lə Mübarizə Mərkəzinin koordinasiyası ilə dövlət və QHT birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Belə ki, 1 Dekabr tarixində Səhiyyə Nazirliyi AİDS-lə Mübarizə Mərkəzi tərəfindən  İİV infeksiyasının aşkarlanmasına yönnəldilən əhalinin müayinəsi Bakının ən böyük ticarət Mərkəzində “Park Bulvarda” təşkil olunmuşdur.  Tədbirdə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova iştirak etmiş, ticarət mərkəzində əhali arasında maarifləndirici söhbətlər aparıb, İİV-test müayinə olunmağı təklif edirdi.

Dekabrın 2-də isə AzQAC-in Sumqayıt şəhər bölməsinin təşəbbüsü ilə  Sumqayıt Dövlət Universitetində digər tədbirin keçirilməsi nəzərdə tutulub.P1110783 P1110785 P1110787 P1110789 P1110792

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.