Baş Assembleyanın gedişatı zamanı AzQAC-nin nümayəndə heyətinin rəhbəri Dr. Novruz Aslanov çıxış ederək Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beyneəxalq Federasiya) baş katibi cənab Elhadj Assinin və maliyyə hesabatının təqdimatına dair öz fikirlərini və münasibətini bildirmişdir. Novruz Aslanov çıxışı zamanı Beynexalq Federasiyanın Baş Katibi cənab Assinin Bakı səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş yataqxana şəraitində məskunlaşan insanlara baş çəkməsini xüsusi vurğulamışdır. Bununla da bir daha 192 Milli Qızıl Xaç və Milli Qızıl Aypara Cəmiyyətin iştirak etdiyi Baş Assambleyada Qarabağ işğalından əziyyət çəkən insanların əzablarının aktuallığını bir daha qeyd edilmişdir. Çıxışında hesabat xarakterli təqdimatların ətraflı və şəffaf olduğunu qeyd edərək Milli Cəmiyyətlərin ətraflı məlumatlandırılmasının önəmli olmasını diqqətə çəkmişdir.Bununla yanaşı Beynelxalq Federasiyaya Milli Cəmiyyətlər üçün effektlivliyi olmayan layihələrin maliyyələşməməsinin düzgünlüyünü dəqiq analizlər nəticəsində qərar verilməsinin vacibliyini vurğulamışdır.