Beynəlxalq Konfransın gedişatı zamanı AzQAC nümayəndə heyyətinin rəhbəri Novruz Aslanov çıxış ederək Beynəlxalq Federasiyanın 2030 Strategiyasına öz fikir və münasibətini bildirmişdir. Çıxışı zamanı yeni strategiyanın Milli Cəmiyyətlərin maraqlarına uyğun olmasının vacibliyini qeyd etmiş, xüsusi olaraq insanların köç və daxili yerdəyişmələri zamanı insan təhlükəsizliyini təmin etməyə, insani rəftar və onların ləyaqətlərinə hörmətlə yanaşmağa, ehtiyacları və problemləri barədə məlumat çatdırılmasının vacibliyini və həmçinin, ölkəmizin çoxillik təcrübəsini nəzərə alaraq, miqrantlar və qaçqınlarla yanaşı həssas qruplardan biri kimi məcburi köçkünlərə də diqqət yetirmənin vacibliyini vurğulamışdır.