Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 33-cü Beynəlxalq Konfransı dünən keçirilən açılış mərasimi ilə rəsmi olaraq başlandı. Demək olar ki, 182 Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti, Beynəlnəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və Dövlətlər qarşılıqlı fəaliyyət göstərmək, bir-biri ilə dialoq qurmaq, milli, regional və beynəlxalq səviyyədə humanitar problemləri müzakirə etmək və birlikdə həll etmək üçün toplaşdılar.