IMG_6630

BAKIDA VƏRƏMLƏ BAĞLI MİLLİ DİALOQ KEÇİRİLİR

3-4 dekabr tarixlərində Bakıda Vərəmlə bağlı Milli Dialoq keçirilir. Dialoqun məqsədi Azərbaycanda insanların ehtiyaclarına yönəli keyfiyyətli vərəm xidmətlərinin təmin edilməsi üçün Vətəndaş cəmiyyəti, vərəmin təsirinə məruz qalmış icmalar və Milli Vərəm Proqramı və tibb işçiləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.

Milli Dialoq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Vərəm əleyhinə Avropa Koalisiyasının (Avropa Koalisiyası), Moldovanın Səhiyyə Siyasəti və Araşdırmalar Mərkəzinin və “Sağlamlığa Xidmət” İctimai birliyinin birgə əməkdaşlığı ilə “Dərmana-davamlı vərəmin erkən aşkarlanması və müalicə uğurluğunun artırılması istiqamətində yeni müalicə modeli – insanların ehtiyaclarına yönəli keyfiyyətli vərəm müalicəsinin təkmilləşdirilməsi” layihəsi (TB REP 2.0) çərçivəsində təşkil olunur.

Milli Dialoqun məqsədləri aşağıdakılardır:

  • İnsanların ehtiyaclarına yönəli vərəm müalicəsinin təbliğ edilməsində, xüsusi ilə də vərəmli şəxslərin aktiv aşkarlanması və müalicə uğurluluğunun artırılmasında vətəndaş cəmiyyəti, Milli Vərəm Proqramı və digər maraqlı şəxslər arasında əməkdaşlığın planlaşdırılması;
  • 2018-ci ildə BMT-in yüksək səviyyəli görüşündə bütün üzv ölkələr tərəfindən imzalanan BMT-in vərəmlə bağlı bəyannaməsində nəzərdə tutulan hədəflərə çatmaq yönündə Azərbaycanın nailiyyətlərinin müzakirə edilməsi;
  • Vərəm müalicəsində vətəndaş cəmiyyəti təşkilatlarının bazasında social xidmətlərin təmin edilməsində sosial sifarişlərin bir mexanizm kimi genişləndirilməsi və inkişaf etidirlməsinin müzakirə edilməsidir.

Tədbirdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Səhiyyə Nazirliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və beynəlxalq qurumların əməkdaşları iştirak edirlər.IMG_6421 IMG_6423 IMG_6470 IMG_6509 IMG_6570 IMG_6577 IMG_6630 IMG_6873

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.