AZQAC Sumqayıt şəhər bölməsinin Azərikimya İB ilə birgə kecirdiyi «Mərhəmətli olmağa tələsin» xeyriyyə aksiyası bu il artıq 10 ildir ki,Sumqayıt şəhərində hər iki valideynini itirmiş,sağlamlıq imkanları məhdud olan,ehtiyaclı təbəqənin uşaqlarına xidmət göstərərək,onları qış geyimləri ilə təmin edir,onların kövrək qəlblərinə məlhəm olur. Bu aksiyalar mərhəmətli,xeyirxah idarə,müəssisə və şirkətlərin dəstəyi ilə ərsəyə gəlir.Necə illərdi QAC Sumqayıt şəhər bölməsinin birgə əməkdaşlıq etdiyi Azertexnolayn MMC bu ilki aksiyaya da biganə qalmamış,yuxarıda göstərilən qəbildən olan uşaqların yanında olmuş,onların qış geyimləri ilə təmin olmalarına öz töhvələrini vermişdilər. !4 dekabr 2019-cu il tarixində Azertexnolayn MMC-də yeməkxanasında düzənlənən tədbirdə uşaqlara şirniyyat süfrəsi acılmış,maraqlı musiqi proqramı təşkil olunmuşdu.Azertexnolayn MMC-nin icracı direktoru Tofiq Məmmədov qonaqları salamlamış,onlara xoş istirahət arzulamışdı.AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova həmişə olduğu kimi bu ilki “Mərhəmətli olmağa tələsin”xeyriyyə aksiyasında cağırışımıza cavab olaraq uşaqlara göstərdikləri diqqət ücün başda şirkətin rəhbəri Tofiq Məmmədov olmaqla bütün kollektivə öz minnətdarlığını bildirdi.O,bu aksiyaya ehtiyaclı uşaqların cəlb olunmasında əməyi kecən Sumqayıt Təhsil şöbəsinin əməkdaşı Cəmilə Fəyyaza da öz təşəkkürünü bildirdi.Bir birini əvəz edən gözəl musiqi sədaları altında könüllülər uşaqlarla rəqs edib.əyləndilər.1 nömrəli uşaq,gənclər evinin əməkdaşı,gözəl səsli Şəmistan Muradxanlı ifa etdiyi mahnıları ilə qonaqları feyziyab etdi.Uşaqların sevinci gözlərindən oxunurdu.Söz alan valideynlər də göstərilən bu qayğı ücün təşkilatcılara öz minnətdarlıqlarını bildirdilər.Sonda 20 nəfər uşağa ehtiyaclarına uyğun Azertexnolayn MMC tərəfindən alınan geyimlər paylanıldı.