P1110774

Zabrat qəsəbəsi 81 saylı tam orta məktəbdə “Qadınlara qarşı zorakılığın aradan qaldırılması” mövzusunda maarifləndirici tədbir keçirildi

Müassir dövrdə qadın və qızlara qarşı zorakılıq insan hüquqlarının pozulmasının ən geniş yayılan, aradan qaldırılması çətin və fəlakətli nəticələrindən biridir. Gender zorakılığı – bütün cəmiyyətlərdə baş verir və qadınların sosial, psixoloji və iqtisadi  tabe olunmasını nəzərdə tutur. Bu fenomen görünməyən bir şəkildə formalaşmışdı və problem kimi tanınmamışdı,  və bu məsələ ilə bağlı müzakirələr yalnız 30 il bundan əvvəl başlamışdır. Qadınlara qarşı zorakılıq probleminin qlobal miqyası 1993-cü ilin dekabrına qədər beynəlxalq ictimaiyyət tərəfindən tanındı. Bu dövrdə BMT-n Baş Assambleyası Qadınlara Qarşı Zorakılıqların Azaldılması haqqında Bəyannamə qəbul etmişdir. Belə ki, BMT-n verdiyi məlumata əsasən:

3 qadın və qızlardan biri  həyatında heç olmazsa bir dəfə fiziki və seksual zorakılığa məruz qalıb.

Nigahlı qadınlardan 52% özləri qərar verir

750 mln. qadın və qızlar 18 yaşa qədər nigaha giriblər.

200 mln qadın və qızlara cinsi orqanlarında şikəstliyə gətirən əməliyyatlar edilib

2 ölən qadından 1 məs partnyor və ya qohum tərəfindən öldürülüb (2017 ci il). Kişilərdə isə  20 dən biri.

İnsan alverinə gəldikdə isə 71% qadın və qızlar təşkil edir, onlardan 4 dən 3 seksual istismara məruz qalıb.

Qadın zorakılığı ölüm və ya əlilliyə səbəb olan ən önəmdə olan amildir.

AzQAC mütəmadi olaraq əhali arasında müxtəlif mövzulara həsr edilən maarifləndirici tədbirləri Cəmiyyətin Region Mərkəzləri və Rayon Bölmələri vasitəsilə həyata keçirir. Belə ki, AzQAC-in Sabunçu RB təşkilatçılığı ilə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 81 sayı tam orta məktəbində “Qadınlara qarşı zorakılığın aradan qaldırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbir AzQAC-in Sabunçu RB-in və  Azərbaycan Qadınlar Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində aparılan fəaliyyətlədən biriidi.   Tədbirdə “Təmiz dünya” təşkilatının nümayyəndəsi də iştirak edərək, zorakılığa məruz qalan qadınlar üçün yaradan sığınacaq barədə geniş məlumat təqdim etdi. tmişdir. Müəllim, şagirdlər və valideynlər adı çəkilən tədbirə dəvət olunmuşlar. AzQAC “icmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tədbir iştirakçılarına qadınlara qarşı zorakılığın aradan  qaldırılmasının zəruri olduğunu, zorakılıqğın ÜST-n tərifini, gender bərabərliyi, qadın zorakılığının növləri və etdiyi təsirlər barədə geniş təqdimatla çıxış etmişdir. Qadınlara qarşı , xüsusilə intim partnyor tərəfindən və cinsi  zorakılığı ciddi bir ictimai səhiyyə problemin olduğu  və insan hüquqlarının pozulması barədə xüsusi vurğulandı. Tədbir iştirakçılara mövzu ilə bağlı videoçarx nümayiş edildi. Sonda tədbir iştirakçılarına AZ.Səhiyyə Nazirliyi tərəfindən hazırlanan qadın zorakılığına dair məlumat vərəqələri paylanıldı. P1110781 IMG-20191128-WA0060 P1110749

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.