Covid19 infeksiyasının dünya ölkələri arasında sürətlə yayılmasını, ümümdünya səhiyyə təşkilatının tövsiyələri nəzərə alınaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti müvafiq maarifləndirici işlərə başlamışdır. Belə ki, əhali arasında sanitar-gigiyenik qaydalara riayət olunması, yoluxma hallarının qarşısının alınması, baş vermiş halların təsirinin azaldılması və nəzarət tədbirlərinin dəstəklənməsi məqsədi ilə zəruri tədbirlərin görülməsi vacibdir. Bu məqsədlə birgə əməkdaşlıq çərçivəsində AzQAC-ın təlim keçmiş könüllüləri tərəfindən UNICEF-in çap etdirdiyi məlumatverici materiallar Nərimanov, Xəzər, Goranboy rayonlarında və Gəncə şəhərindəki ictimai yerlərdə gənclər, yeniyetmə və uşaqlar arasında paylanılmış, lazımi izahatlar verilmişdir. Məlumat üçün bildirək ki, belə tədbirlər müntəzəm olaraq davam etdiriləcəkdir.