20200512_185722

12 May Beynəlxalq Tibb Bacısı Günü qeyd edildi

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən  2020-ci il “Tibb Bacısı və Mamaça” ili elan edilmişdir. Eyni zamanda hər il 12 May Beynəlxalq Tibb Bacısı Gününü kimi qeyd edilir və 2020ci ildə isə bu gün tibb bacısı ixtisasının təsisçisi Florens  Naytingeylin 200 illiyinə təsadüf edilir.

Tibb bacısı və mamaçalar hər hansı bir səhiyyə sisteminin təməlini təşkil edirlər. Onlar cəmiyyətə yaxın olanlardır və tibb müəssisələrinin bütün səviyyələrində geniş tibbi xidmət göstərirlər. Dünyanın 2030-cu ilə qədər universal sağlamlıq əhatəsinə çatması və davamlılığı üçün 18 milyon daha çox tibb işçisinə ehtiyacı var. Bu çatışmazlığın təxminən yarısı – 9 milyon  tibb bacıları və mamaçalardır. Dünyada səhiyyə və sosial işçi qüvvəsinin 70% -i qadınlardır. Tibb bacıları və mamaçalar bunun böyük bir hissəsini təmsil edirlər. Tibb bacıları və mamaçalar bir çox hallarda yerli əhali üçün ilk və yeganə tibbi yardımın mənbəyidirlər. Onlar ən vacib tibbi xidmətlərini təqdim edirlər. Həyatlarını ana və uşaqlara kömək etməyə həsr edirlər, onlar peyvəndolunmaya hazırlıq və peyvənddən sonrakı müddətə nəzarət,  ana südü ilə qidalanmaya dair məsləhətlər verir, yaşlı insanlara qulluq edirlər və ümumiyyətlə əhalinin gündəlik sağlamlıq ehtiyaclarının ödənməsində böyük  rol oynayırlar.

Dünyada koronavirus (COVİD-19)  pandemiyasında da tibb bacıları önəmdə gedən tibb işçilərindəndilər. Beynəlxalq Tibb Bacıları Şurasının məlumatına görə, dünyada ən azı 90 000 tibb işçisi koronavirusa yoluxub və 260 nəfər tibb işçisi koronavirusdan vəfat edib. Bu, çox böyük itkidir, çünki bir tibb işçisinin həyatda olması minlərlə insanın həyatının xilas edilməsi deməkdir.

2020-ci il 12 May tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü və Azərbaycan Vərəmlə Mübarizə QHT Koalisiyasının dəstəyilə “Beynəlxalq Tibb Bacısı Günü”-nə həsr edilən on-line görüş keçirildi. Görüşdə  QHT nümayyəndələri ilə yanaşı 2 saylı Baza Tibb Koleci, Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrdən nümayyəndələr iştirak etmişlər. İlk öncə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tibb bacısı ixtisasın təsisçisi Florens Naytingeyl 200 illiyi ilə bağlı həyat tarixini dinləyicilərə təqdim etdi. Bununla yanaşı o, Azərbaycanda şəfqət bacıları məktəbin yaradıcısı Nigar Şixlinskaya haqqında, eləcədə AzQAC tibb bacılarının fəaliyyətləri barədə məlumatları çatdırdı.  Sonra isə “Mərhəmətlə dolu aləm” adlı yeni kitabı təqdim etdi. Kitabda Florens Naytingeyl, Nigar Şixlinskaya ilə yanaşı Florens Naytingeyl Medallıilə  təltif olunan patronaj tibb bacıları, tibb qardaşı və sosial işçilərin həyat hekayyələri yer alır. Bununla yanaşı kitabda AzqAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində uğurlu layihələr və təcrübələr barədə geniş məlumatlar təqdim edilir. Görüşdə tibb bacılarının vacib və önəmli işləri barədə cıxışlar olundu.    20200512_130244 20200512_185722 IMG-20200512-WA0048 IMG-20200512-WA0049 IMG-20200512-WA0054

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.