Müqəddəs Ramazan bayramı münasibətilə adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən Az.QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 55 nəfər daha ehtiyaclı ahıla bayram sovqatları paylanıldı.Az.QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova ahılları bayram münasibəti ilə təbrik edərək onlara xoş arzularını bildirdi. Bayram sovqatı alah ahıllar da onları bütün bayramlarda diqqətdə saxlayan xeyirxah insana öz xeyir dualarını ünvanladılar. Lactalis Caspi MMC Şirkətinin rəhbərliyinə bu xeyirxah addım ücün minnətdarıq bildiririk.