Müqəddəs Ramazan bayramı münasibətilə adının hallanmağını istəməyən ənənəvi xeyriyyəçimiz tərəfindən Az.QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 15 nəfər daha ehtiyaclı ahıla bayram sovqatları paylanıldı. Bayram sovqatlarını alan ahıllar da onları bütün bayramlarda diqqətdə saxlayan xeyriyyəçi insana öz xeyir-dualarını bildirdilər. Bölməyə gəlmək iqtidarında olmayan ahılların bayram sovqatları bölmə könüllüləri tərəfindən evlərində təqdim olundu. Allah qəbul eləsin! Ramazan Bayramınız Mübarək!