“Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gdaha gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Bu xeyirxah işdə bizə hər zaman yardımçı insan respublikamızda fəaliyyət göstərən iş adamı,fermer Habil Hüseynov “Biz birlikdə güclüyük” şüarına qoşularaq daha 60(altmış) ailəyə öz yardımını etdi. Artıq 4 ildir ki, Habil Hüseynov Cəmiyyətimiz ilə yaxından əməkdaşlıq edir.Cəmiyyətimizin qeydiyyatında olan ehtiyac sahibi olan insanlara qurban payı və ərzaq yardımı göstərir.AzQAC Binəəqədi rayon bölməsinin kollektivi adından H.Hüseynova öz təşəkkürümüzü bildiririk.