22 iyul tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Stop Vərəm Tərəfdaşlığı (STP) və “End TB Transmission İnitiative” qurumunun texniki dəstəyi ilə Vərəmlə mübarızə QHT Koalisiyasının fəaliyyəti çərçivəsində “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində “İnfeksiyaya nəzarət tədbirləri, Vərəm və COVİD-19″ mövzusunda keçiriləcək beynəlxalq onlayn görüş keçirilmişdir.
Adı çəkilən görüşdə “Stop TB-partnership” Beynəlxalq təşkilatı, İcraçı direktorun müavini Dr. Suvanand Sahu və Rusiyanın Vladimir şəhərinin Vərəmə Nəzarət Mərkəzinin rəhbəri, regionun ən məhşur infeksionisti MD Grigoriy Volçenkov təqdimatlarla çıxış etmişlər.
Çıxışlardan sonra onlayn panel təşkil edilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin (TƏBİB) Xəstəliklərin Profilaktikası və Kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva və Tibbi xidmətlərin monitorinqi şöbəsinin müdiri Qasım Əmrahlı, eyni zamanda vebinarın xarici məruzəçiləri Dr. Suvanand Sahu və Dr. Grigoriy Volçenkov mövzu ilə iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.
Dr. Suvanand Sahu bildirib ki, dünyada sosial təcrid dövründə vərəmlə xəstələnmə halları artmaqla yanaşı, vərəmə görə müayinələrə müraciət edənlərin sayı da azalmışdır.
Vebinarda Səhiyyə Nazirliyi, TƏBİB, Vərəmlə mübarizə üzrə Avropa Koalisiyası nümayəndələri, Vərəm əleyhinə QHT Koalisiyası üzvləri və tibb könüllüləri olan gənclər iştirak etmişlər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayyəndələri “İcmaya əsaslanan sağlamlıq”proqramının kordinatoru M.Qaraxanova və Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva iştirak edib, çxış etmişlər.