2020-ci il iyulun 28-də tarixdə AzQAC-ın baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2021-2025-ci il Strateji İnkişaf Planının tərtib olunması işini yerinə yetirəcək Komissiyanın ilk iclası keçirildi. Komissiyanın sədri, Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə ilk iclası açaraq AzQAC-ın 2021-2025-ci illər yeni Strateji İnkişaf Planının hazırlanması ilə bağlı Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun təklif və tövsiyyələrini iştirakçıların nəzərinə çatdırdı. Strateji Planın ilkin konturlarından söz açdı.
Daha sonra çıxış edən AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev Strateji İnkişaf Planında əks olunacaq müddəalar haqqında məlumat verdi. Plana daxil olacaq məsələlərdən birinin məhz, qlobal problem olan miqrasiya məsələsinin olmasının vacibliyini qeyd etdi. 2016-2020-ci illər Strateji İnkişaf Planına daxil olan fəaliyyət istiqamətlərinin həyata keçirilməsi zamanı əldə edilən nailiyyətlərdən danışdı.
Fövqəladə Hallara Hazırlıq və cavabvermə şöbəsinin müdiri- İcraçı Katibin müavini Elşən Səlimzadə çıxışı zamanı bu sahənin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyindən danışdı. Fövqəladə Mobil Könüllü Dəstələrin işinin gücləndirilməsi üçün seminarların və təlimlərin təşkil edilməsinin önəmindən danışdı. Pandemiyanın davam etməsinin AzQAC-ın 2021-2025-ci illər SİP-ə edəcəyi təsirdən söhbət açdı.
Komissiyanın sədri daha sonra pandemiya problemlərinə, Covid-19-dan sağaldıqdan sonra üzləşdiri diskriminasiyaya da toxundu. Daha sonra müvafiq şöbələrin Strateji İnkişaf Planının konturlarını cızmalarına göstəriş verdi. İclasda təklif və rəylər dinlənildi. Müvafiq qərarlar qəbul edildi. Qərara əsasən Komissiyanın növbəti iclasının keçirilməsi avqust ayının 12-ə təyin edildi.
Çıxışlarda Şaban Şayev, Əli-ağa Abbasov, Xalidə İsgəndərova, Elşən Səlimzadə və Xalid Xəlilov fikir mübadiləsi apardılar.