Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı Rayon bölməsi rayon sakinlərini mənəvi birlik və mərhəmətin rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir!
Bu il Müqəddəs Qurban bayramı COVID-19 pandemiyası dövrünə təsadüf edir. Bir sıra müsəlman ölkələrində olduğu kimi, ölkəmizdə də Qurban bayramı pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl olunmaqla təşkil olunur.
AzQAC Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova və könüllükərlə birlildə Müqəddəs Qurban bayramı münasibətilə Pirallahı rayonunda 50-yə yaxın aztəminatlı, əlil, ahıl və kimsəsiz ailəyə, o cümlədən məcburi köçkün və şəhid ailələrinə bayram sovqatı paylanıldı.