fto (35)

Qurban bayramı münasibətilə Az.QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 140 ehtiyaclı ailə ənənəvi xeyriyyəçilərimiz tərəfindən sevindirildi

Əvvəlki illərdən fərqli olaraq bu Qurban bayramı Covid-19 pandemiyası dövrünə təsadüf etdiyi ücün ahılların və digər bu qəbildən olan insanların diqqət və qayğıya ehtiyacı daha coxdur. Hər il olduğu kimi bu il də ənənəvi xeyriyyəçilərimizdən olan Paşa Həyat Sığorta ASC, Paşa Sığorta ASC tərəfindən alınan bayram sovqatları bölməmizin qeydiyyatında olan 140 ailəyə paylanıldı.Adlarının hallanmağını istəməyən digər ənənəvi donorlarımız tərəfindən göndərilən Qurban paylarını da bu ərzaq bağlamalarına əlavə edərək,ehtiyaclı ailələrə və ahıllara təqdim olundu. Həmçinin Ordubad Marketin rəhbəri Taleh Rəhimov tərəfindən göndərilən toyuq məhsulları da ərzaq bağlamalarına əlavə edilmişdi.Bölmə sədri Mətanət Məhərrəmova ahılları bayram münasibəti ilə təbrik edərək, xoş arzularını onlara bildirdi və bu tədbirin ərsəyə gəlməsində dəstəyi olan təşkilat rəhbərliklərinə öz minnətdarlığını bildirdi. Sonra pandemiyanı nəzərə alınaraq, məsafə qorumaq şərti ilə sıraya düzülən ahıllar növbə ilə öz bayram sovqatlarını və Qurban payları alaraq, xeyir-dualarını bildirdilər. Qeydiyyatımızda olan yataq xəstələrimiz bölmə könüllüləri tərəfindən evlərində sevindirildi. Bu gün sevindirilən 140 ailə adından Paşa Həyat Sığorta ASC, Paşa Sığorta ASC, Ordubad Marketin rəhbərliyinə və adının hallanmagını istəməyən iki ənənəvi xeyriyyəçilərimizə öz minnətdarlığımızı bildiririk.Allah kəsilən qurbanlarinızı, etdiyiniz yardımları qəbul elesin.Müqəddəs Qurban Bayramınız Mübarək olsun! fto (11) fto (12) fto (35) fto (44) fto (56) fto (60) fto (74) fto (107)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.