ahıl qoca

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən dəstək alanlar minnətdarlıq ifadə edirlər…

   

       Ağayeva Sürəyya –  1971-ci ildə Masallı rayonunun Ləngan kəndində anadan olmuşam. 4 övladım, 1 gəlnim, 1 nəvəm  var. Mağazada satıcı işləyirəm. Ailədə bir mən bir də oğlum işləyirik. Ailəmin ehtiyaclarını tam qarşılaya bilmirik. Pirallahı Rayon Qızıl Aypara Cəmiyyətinin sədri Təranə xanım bizə və bizim kimi imkansız ailələrə əlindən gələn köməyi əsirgəmir. Buna görə Təranə xanıma və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə və əməkdaşlarına ailə üzvlərim adından təşşəkkür edirəm. Allah sizi qorusun !!!

 

 

     Kazımova Şüküfə – 2001-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin qeydiyyatındayam. İllərdi yataq xəstəsiyəm. Qeydiyyatda olduğum müddət ərzində Sumqayıt şəhər bölməsi hər zaman mənə maddi və mənəvi dəstək olmuşdur. Aypara könüllülərini mən hər zaman özümə övlad hesab etmişəm. Mart ayından bəri isə    COVİD-19 virusu  ilə bağlı bölmə könüllüləri mütəmadi olaraq mənim yanıma gəlmiş, ev işlərimi görmüş, yeməyimi bisirmiş və tez-tez təzyiqimi ölçmüşlər. COVİD-19 xəstəliyi ilə bağlı özümü qorunmağımın yolları haqqında mənə dəyərli məsləhətlər vermişlər. İllərdi bu Cəmiyyətdə qeydiyyatda olan bir ahıl kimi məni hər zaman diqqətdə saxlayan AzQAC-ın Sumqayıt şəhər bölməsinin rəhbərliyinə və könüllülərinə təşəkkürümü bildirirəm.

 

 

       Bəsti Abdullayeva – Azərbaycan Respublikasını bürümüş COVID-19 pandemiyası məni depresiyaya salmışdı. 70 yaşım var. Tənha insanın evdən eşiyə çıxmağına imkan yoxdur. Hər zaman olduğu kimi yenə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsinin əməkdaşları və könüllüləri məni unutmadılar. Evimə gələrkən ərzaq bağlamaları, gigiyenik dəstlər gətirdilər. Könüllülər mənə lazım olan dərman preparatlarını aptekdən alıb gətirirdilər. Kommunal ödəmələrimi ödədilər. Bütün ehtiyyaclarımı ödəyərək evdən bayıra çıxmamağımı tövsiyyə etdilər. Sonra başqa günlərdə də telefon ilə əlaqə saxlayaraq nəyə ehtiyyacım olduğunu soruşaraq, mənə mənəvi olaraq dəstək olublar. Bildiyimə görə, onlar nəinki mənə, mənim kimi yüzlərlə ahıl insanlara belə yardımlar ediblər. Hər zaman olduğu kimi bu çətin şəraitdə də mənə və mənim kimi yaşlı insanlara, ehtiyacı olanlara göstərdikləri qayğıya və mehriban münasibətə görə bu işdə köməklik edən bütün insanlara öz minnətdarlığımı bildirirəm. Mən inanıram ki, biz birlərikdə bu bəlaya qalib gələcəyik.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.