IMG-20200806-WA0033

Karantin şəraitində yaşam” adlı beynəlxalq onlayn konfrans keçirildi

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən,  COVİD-19 pandemiyası insanların həyat tərzini dəyişərək, onların həm fiziki, həm də psixi sağlamlıqlarına mənfi təsir göstərir.  Bu baxımdan insanların pandemiya zamanı sosial izolasiya şəraitində  hansı mənfi təsirlərə məruz qalması və onların qarşısının alınmasına dair məlumatlı olması  sağlamlığın qorunmasında vacib amillərdəndir. Bu baxımından Azərbaycan Qızıl Aypara Cəmiyyəti  COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində psixi sağlamlığın qorunmasına yer ayırır.

Belə ki, avqust ayının 6-da AzQAC Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Sahəsində Beynəlxalq  Proqramlar  üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) dəstəyi ilə Beynəlxalq mütəxəssislərinin iştirak ilə COVID-19 pandemiyası dövründə əhalinin psixi sağlamlığı haqqında onlayn konfrans həyata keçirilmişdir. Konfransın  əsas məqsədi  COVİD-19 pandemiyasında psixi sağlamlığın qorunması barədə məlumatlılığı artırmaq, Vərəm və İİV/QİÇS üzrə və digər həssas qrupların psixi sağlamlığı haqda maraqlı tərəflərlə fikir mübadiləsi aparmaqdır. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın Qafqaz üzrə məsul şəxsləri, Azərbaycanda fəaliyyət göstərən səhiyyə istiqamətli dövlət və vətəndaş cəmiyyəti təşkilatları, əlaqəli qurumlar və maraqlı tərəflər konfransa qatılmışlar. Konfransın moderatoru AzQAC-in İcraçı Katibin müavini Səbinə Məhbubi-iran idir.

ÖƏK sədr müavini Rüstəm Salayev “Sosial izolyasiya müddətində insanlarda, xüsusilə də əhalinin əsas risk qruplarında psixoloji aspektlər”, ÖƏK üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “icmaya əsaslanan sağlamlıq” proqramının koordinatoru Mətanət Qaraxanova “COVİD-19 uşaqlarda.Vərəmli xəstələrə psixososial dəstəyin təşkili” mövzusunda təqdimatla çıxış etmişlər. TƏBİB-n  psixi sağlamlıqla bağlı məsələlər  üzrə kordinator Nərmin Osmanlı Azərbaycanda COVİD-19 bağlı əhali arasında psixoloji durumun qiymətləndirilməsi sahəsində həyata keçirdiyi işlər haqqında məlumatları təqdim etmişdi. Konfransda milli ekspertlərlə yanaşı  xarici ekspertlər təqdimatlarla şıxış etmişlər. Belə ki, Sloveniya Qızıl Xaç Cəmiyyəti, səhiyyə üzrə baş mütəxəssis Ciril Klajnscek “Karantində yaşam”mövzusunda  və Gürcüstan Qızıl Xaç Cəmiyyətinin psixi sağlamlıq  üzrə kordinatoru Nino Siradze pandemiya dövründə psixoloji xidmət sahəsində həyata keçirdikləri fəaliyyətlər barədə çıxış etmişlər. İştirakçıları narahat edən suallar cavablandırılmışdır.

 

IMG-20200806-WA0038 20200806_160707 IMG-20200806-WA0036

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.