Son zamanla koronavirus pandemiyası dövründə bir çox milli və beynəlxalq mütəxəssislər əməkdaşlıq fəaliyyətlər çərçivəsində əhalinin maariflənməsi məqsədilə COVİD-19 pandemiyası zamanı psixi sağlamlığının qorunmasına dair onlayn konfransları təşkil edirlər.
Növbəti belə “Stiqma və ayrıseçkilik və stressin idarə olunması” mövzusunda konfrans Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının fəaliyyəti çərçivəsində təşəbbüsü və Səhiyyə Nazirliyi, Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının və Stop Tb Tərəfdaşlıq qurumun dəstəyi avqust ayının 12-də “Sağlamlığa xidmət” təşkilat tərəfindən keçirilmişdir. Tədbirin əsas məqsədi COVİD-19 və vərəm damğası, stiqmanın tərifi və qiymətləndirilmə meyyarları və karantin zamanı stresin idarə olunmasına dair bilikləri artırmaqdır. Tədbirə Stop TB Tərəfdaşlığının İcraçı direktoru Dr. Lucica Ditiu, Stop Tb Tərəfdaşlığının İcma və ölkələrə təsirüçün dəstək komandasının İcma, Hüquqlar və Gender məsələlər üzrə proqram rəhbəri Caomithe Smith və Ümumdünya Səhiyyə Təşkilatı Rəqəmsal ruhi sağlamlıq və innovasiya üçün MSD əlaqələndirici şəxs, Psixi sağlamlıq və maddə istifadəsi üzrə şöbənın nümayyəndəsi Kenneth Carswell DclinPsy beynəlxalq ekspertlər cəlb olunub, təqdimatlarla çıxış etmişlər. Beynəlxalq ekspertlərlə yanaşı tədbirə Azərbaycan Respublikası Milli Məclisin deputatı Razi Nurullayev iştirak edib, çıxış etmişdir. AzQAC-n nümayyəndələri Mətanət Qaraxanova “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru və Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva bu tədbirdə iştirak etmişlər.