FOTO (4)

Az.QAC Sumqayıt şəhər bölməsinin Fövqaladə Mobil Könüllü Dəstəsinin aylıq görüşü keçirildi

Fövqaladə Mobil Könüllü Dəstənin aylıq görüşü 17 sentyabr 2020-ci il tarixində bölmənin ofisində keçirildi.Görüşdə BQXK-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq üzrə yeni nümayəndəsi Laura Sesenna, Beynəlxalq Qızıl Xaç Komitəsinin məsul işcisi Lyudmila Şepelyova, və Az.QAC-ın proqram koordinatoru Nigar Rüstəmzadə görüşdə iştirak edirdi.AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova qonaqları və mobil dəstənin üzvlərini salamlayaraq görüşün məqsədi barədə danışaraq, 2 ay müddətində bölmənin və könüllülərin Covid-19-la mübarizə dövründə gördüyü işlər barədə məlumat vermək ücün sözü bölmənin təlimatçısı, Mobil Könüllü Dəstənin üzvü Lalə Cəlilzadəyə verdi. Lalə  avqust və sentyabr ayı ərzində bölmənin fəaliyyəti haqqında ,ahıl insanlara evlərində edilən humanitar yardım və ümumiyyətlə şəhərin müxtəlif yerlərində keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verdi.Daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin məsul işcisi Lyudmila Şepelyova İlk yardımla bağlı konüllüləri maraqlandiran suallara ətraflı cavab verərək,onlarla mövzu ətrafında fikir bölgüsü apardı.119662956_1182266562173421_4512528892634163759_n 119702249_955607154941830_6233126999518309267_n FOTO (11) FOTO (16) FOTO (21) FOTO (35) FOTO (58)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.