Bu gün səhər saatlarında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında cəmiyyətin prezidenti, millıət vəkili Novruz Aslanovun başçılığı ilə geniş tərkibli müşavirə keçirilib. Müşavirədə ölkədəki son durum müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
AzQAC Cenevrə konvensiyalarına, Seviliya razılşmasına, öz missiyasına və beynəlxalq humanitar hüquqa əsaslanaraq, özünün fundamental prinsiplərinə uyğun olaraq, zərurət yarandığı halda humanitar tədbirlərin həyata keçirilməsi üçün bütün daxili imkanlarını səfərbər edib.
Mövcud vəziyyət nəzərə alınaraq, AzQAC-ın regional mərkəzləri, şəhər və rayon bölmələri ilə əlaqələri gücləndiirlmiş iş rejimdə qurulub. AzQAC-ın Fövqəladə Mobil Könüllü Dəstələri hazırlıq vəziyyətinə gətirilib. Onlara dəstək olmaq üçün müvafiq göstərişlər verilib. Texniki cəhətdən hazırlıq qiymətləndirilib. Əhaliyə psixososial dəstək və ilk yardımın göstərilməsinə hazırlıq işləri sürətləndirilib.
Novruz Aslanov mövcud vəziyyətlə əlaqədar olaraq öz tapşırıq və göstərişlərini aidiyyatı şöbələrə verib.